Pulon Logo

Ən çox soruşulan suallar

Suallarınızın cavablarını buradan tapın

Kredit üçün platformamızda "İndi müraciət et" düyməsini sıxaraq onlayn müraciət edə bilərsiniz.
Müraciət üçün etibarlı şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd təqdim edilməlidir. Kredit məbləğindən asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.
Müraciət forması doldurulduqdan sonra müraciətinizə 5 dəqiqə ərzində baxılır.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 15 noyabr 2024-cü il tarixli, 46/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydaları"nın 5.2-4.1 və 5.2-4.2-ci bəndlərinin tələblərinə əsasən, məsafədən verilən kredit vəsaiti müqavilə bağlandıqdan dərhal sonra deyil, aşağıdakı müddətlər keçdikdən sonra köçürülür: 5.2-4.1. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislinədək və ya onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2 (iki) saat sonra; 5.2-4.2. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislindən və ya onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 (iyirmi dörd) saat sonra.
Kredit üzrə illik faiz dərəcəsi 76% təşkil edir və kreditin bütün müddəti ərzində sabit qalır.
Kredit üzrə komissiya haqqı kredit məbləğinin 15%-ni təşkil edir.
Kredit məbləği 100 AZN-dən 1500 AZN-dək dəyişir və gəlirinizdən, habelə kredit tarixçənizdən asılı olaraq müəyyən edilir.
Kreditin maksimum müddəti 12 aydır.
Ödəniş gecikdirildikdə, gecikdirilmiş məbləğə illik 81% gecikmə faizi hesablanır. Gecikmiş ödənişlər barədə məlumat Azərbaycan Kredit Bürosuna təqdim edilir.
Müraciətinizin statusunu şəxsi kabinetinizə daxil olaraq real vaxt rejimində izləyə bilərsiniz.
FİFD (Faktiki İllik Faiz Dərəcəsi) kreditin borcalan üçün faktiki illik xərcini əks etdirən göstəricidir. FİFD kreditin məbləğindən və müddətindən asılı olaraq dəyişir və hər bir kredit üçün konkret şərtlər əsasında hesablanır.
Pulon - Onlayn Kredit | İstənilən Bank Kartına | 5 Dəqiqədə